Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


03.08.2017  09:18 

Hökumət tam tərkibdə istefaya getdi





A+  A-

Avqusutun 3-də Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib. Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir. Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.

İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.

Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.

Xəbər 1429 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +