Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur


27.01.2022  10:43 

Elton Məmmədov da məhkəməyə verildi





A+  A-

Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb:

“Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.

E.Məmmədov R. Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib:

“Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.

Xatırladaq ki, Ramiz Mehdiyevin Elton Məmmədovu məhkəməyə verməsi ilə bağlı məlumatlar yayılıb.

Xəbər 1701 dəfə oxunub.



29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +