Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


13.02.2017  13:06 

Ermənistana gedən şəxs "Müsavat"ın üzvü olub





A+  A-

 

Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, bu ölkənin hökuməti Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda “müvəqqəti sığınacaq” almaq istəyi ilə bağlı müraciətini müsbət qarşılayıb. Məlumatda o da qeyd olunub ki, Ermənistana sığınan şəxs həm də “Tolişi Sado” qəzetinin əməkdaşı, "Talış azadlıq hərəkatının" üzvüdür.

XəzərNews.az xəbər verir ki, “Azinforum” saytının yazdığına görə, “Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Hilal Məmmədov "Facebook"da bu məsələyə münasibət bildirərək qeyd edib ki, qəzetin Şahin Mirzəyev adlı jurnalisti olmayıb.

“Azəri-Talış” İctimai Birliyinin sədri Mehdibəy Səfərovun hadisə haqda bəyanatında iddia edilir ki, o, əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Uzun müddət Müsavat partiyasında təmsil olunub. Sonra, müəyyən narazılıqlar səbəbindən oranı tərk edib.

Şahin Mirzəyevin vaxtilə Müsavatda təmsil olunub-olunmaması ilə bağlı partiyanın başqan müavini Gülağa Aslanlı suala cavab vermək istəməyib.

Ş.Mirzəyevin Müsavat Partiyasının üzvü olduğu ilə bağlı iddiaları bu partiyanın funksioneri Yadigar Sadıqov “Yeni Müsavat”a təsdiqləyib. Amma 2014-cü ildə partiyadan çıxarıldığını qeyd edib.

Ş.Mirzəyevin Müsavat Partiyasının fəallarından olmasını onun partiyanın keçirdiyi aksiyalardakı fotoları da təsdiqləyir.

“Qafqazinfo” xəbər verir ki, Ş.Mirzəyevin Əlikram Hümbətovun yaxın adamı kimi tanındığı barədə də məlumatlar var. Talış Mədəniyyət Mərkəzinə qoşulan Şahin Mirzəyev özünü separatçı adlandırmaqdan belə çəkinmədiyi qeyd edilir. Bu haqda bildirilib ki, onun Talış Mədəniyyət Mərkəzində fəaliyyəti də əsaslı şübhələrə səbəb oub. Zaman-zaman Ş.Mirzəyevin fəallığının arxasında qara niyyətinin durması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bununla yanaşı, araşdırma zamanı o da müəyyən edilib ki, son zamanlar Ş.Mirzəyev Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun rəhbərlik etdiyi “Talışen Sədo” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib.



Xəbər 2269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +