Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


09.11.2021  13:18 

Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən kövrəldi





A+  A-

Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Bakıda keçirilən mətbuat konfransında təsirli anlar yaşanıb.

XezerNews.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə bağlı xatirəsini danışarkən kövrəlib:

“Təlimdə qarşılaşıb duyğulu anlar yaşadığımız bir baş leytenant var - Valeh Məmiyev. Təlim vaxtı ona dedim ki, bu təlimlər önəmlidir və sizin uğurunuzdur. Amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir demişdim. Həmin baş leytenantın yaralanması və xəstəxanada “verdiyim sözü tutdum” deməsi çox böyük bir xatirə idi bizim üçün”.



Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il türk-azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda Hulusi Akar tərəfindən fərqlənmə ilə təltif edilib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, “mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun”.

V.Məmiyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.



Xəbər 3735 dəfə oxunub.





16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +