“Pilot-16” da vətəndaşın evini icazəsiz sökübmüş
Turizm Agentliyində yoxlama davam edir
İlham Əliyev Frank-Valter Ştaynmayeri qarşıladı
2600 manat birdəfəlik müavinəti kimlər alacaq?
“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin
Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı


22.04.2021  13:37 

Azərbaycanda e-ticarətin həcmində ötən ay rekord qeydə alınıb





A+  A-

Bu ilin mart ayı ərzində Azərbaycan əhalisi bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 407 mln. manat həcmində ödəniş həyata keçiriliblər ki, bu da indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.
XəzərNews.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 21,1%, ötən ilin mart ayı ilə müqayisədə isə 33,4% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 51,3%.

Bundan başqa, 2021-ci ilin I rübündə əhali tərəfindən bank kartları vasitəsilə elektron ticarətdə 1,072 mlrd. manatlıq ödəniş edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur.

Xatırladaq ki, 2021-ci ilin mart ayında Azərbaycanda bank kartları ilə 793 mln. manat həcmində nağdsız ödənişlər həyata keçirilib, ümumi I rübdə isə bu göstərici 2,001 mlrd. manata bərabər olub.

Xəbər 2657 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?


BÜTÜN XƏBƏRLƏR +