Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


14.03.2017  10:28 

Sərhəd keçid məntəqəsində yüzlərlə insana 2 nəfər xidmət edir





A+  A-

“Keçid məntəqələrində tıxac yaradan özləridir”
“Bu gün dan ağarandan Biləsuvardan İrana keçməyə yenə tıxac vardı. Dərindən müşahidə edəndə, belə nəticəyə gəlirsən ki, bu tıxacları yaradan elə gömrükçülərdir. Özü də məqsəd insanları incitməkdir. Yoxsa heç nədən bu qədər insanı məntəqəyə toplayıb sonra da tısbağa yerişiylə sənədlərini yoxlamağın, yersiz sorğu-suala tutmağın başqa nə adı var ki…”.

“Cəmi iki nəfər xidmət göstərirdi”

Bakı sakini Məzahir Rüstəmov martın 13-də səhər saatlarında Biləsuvar sərhəd-keçid məntəqəsində yaranan problemdən danışır: “Tez-tez İrana dərman almağa gedirəm. Hər dəfə də eyni əzab-əziyyəti çəkirəm. Sizə fotolar göndərirəm. Bax o fotoları mən səhər saat 10-da çəkmişəm. Ancaq adamlar səhər saat 7-nin yarısından ora toplaşmışdılar. Saat 9-da məntəqə açıldı, insan axını məntəqəyə yaxınlaşmağa başladı. Saat 10 idi, növbə gözləyən yüzlərlə insana cəmi iki nəfər xidmət göstərirdi – pasportlarını yoxlayırdı. Özü də sənədləri elə tısbağa sürətiylə yoxlayırlar ki, adamların ürəyi üzülür. İşçi qıtlığıdır ki? Qəsdən bu vəziyyəti yaradırlar. Biri ağzını açıb söz deyəndə də elə kobudlayırlar ki, adamın yeddi qatından keçir”.

“İran sərhədində növbə nədir, bilən yoxdur”

Məzahir Rüstəmov deyir, səhər saat 7-dən günortayacan növbədə dayananlar saat 1-2 radələrində sərhədi keçəndə, sanki üzərlərindən bir yük götürülür: “İran sərhədində isə növbə nədir, bilən yoxdur. İnsanlar çox rahat sənədlərini təqdim edib keçib gedirlər”.

2 il əvvəl Azərbaycan və İran hökuməti arasında Biləsuvar və Astara sərhəd keçid məntəqələrinin 24 saat fəaliyyət göstərməsinə dair razılıq imzalanıb. Ancaq razılaşma yalnız yükdaşımalara aiddir. Vaxtaşırı İrana gedən Məzahir Rüstəmovun arzusu budur ki, eyni rahatlıq piyadalara da şamil olunsun.

(azadliq.org)

Xəbər 3915 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +