Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


10.01.2020  16:48 

Nasaz maşını olanların nəzərinə





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi nasaz maşınlarla bağlı sürücülərə müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.

Qeyd edilir ki, bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yolverilməzdir.

Müraciətdə qeyd edilib ki, belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Xəbər 1742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +