Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


19.01.2024  18:05 

88 146 manatlıq hədiyyə tenderi... - ATU nə etmək istəyir?





A+  A-

Azərbaycan Tibb Universiteti (ATU) "Progress İnşaat EN” MMC-dən 88 146 manatlıq hədiyyə alacaq.

Xəzərnews.az xəbər verir ki, şirkət bununla bağlı ATU-nun elan etdiyi tenderin qalibi seçilib.

Şərtlər toplusundan məlum olur ki, universitetin alacağı hədiyyələrə bloknot, qələm, qələm üçün qutu, karandaş dəsti, flayşkart, fincan, armudu stəkan dəsti, suvenir boşqab, paket və qovluqdan ibarətdir.

"Proqress İnşaat EN” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, adından da göründüyü kimi inşaat şirkətidir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən elanlardan da görünür ki, şirkətin qalib gəldiyi tenderlər əsasən təmir-tikinti işləri ilə bağlıdır.

Şirkət bundan əvvəl ATU-nun da təmir işləri ilə bağlı tenderinin qalibi olub.

Belə aydın olur ki, inşaat şirkəti həm də dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Bu bir qədər inandırıcı görünmür./Valyuta.az

Xəbər 4776 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +