Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


28.12.2023  10:59 

Ölkəyə kütləvi şəkildə mal-qara gətirilir?





A+  A-

Azərbaycanda mal və qoyun ətində ucuzlaşma olacağı gözlənilir.

Xəzərnews.az xəbər verir ki, Trend ət bazarında fəaliyyət göstərən sahibkarlar arasında yeni il öncəsi ətin qiymətində dəyişiklik olub-olmaması barəsində sorğu aparıb.

Sorğu nəticəsində məlum olub ki, hazırda ətin qiymətində hər hansı bir dəyişiklik yoxdur və bahalaşmanın da olacağı gözlənilmir. Sorğu zamanı, həmçinin, bazarda dolaşan maraqlı məlumat əldə edilib.

Belə ki, sahibkarlar arasında dolaşan məlumatlara əsasən, yaxın zamanlarda Azərbaycana kütləvi şəkildə iri və xırda buynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulur.

Mal-qaranın, əsasən Rusiyadan gətirilməsi nəzərdə tutulur. Sahibkarlar bildirirlər ki, əgər deyilənlər doğru olarsa, istər mal, istərsə də qoyun ətinin qiymətində ucuzlaşma olacağı qaçılmazdır. Çünki kütləvi mal-qaranın gətirilməsi bazarda bolluq yaradacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.


Xəbər 1154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +