Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.02.2024  19:57 

Cermuk-Kəlbəcər istiqamətində Fransanın dəstəyi ilə... - Ermənistanın ŞOK PLANI





A+  A-

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar nəticə vermir. Xarici işlər nazirlərinin Berlin görüşü də nəticəsiz danışıqlar prosesinin davamıdır. Ermənistan Baş naziri sülh müqaviləsinin bağlanmasının çətin olduğuna eyham vurub. Amma, problemi Azərbaycanla bağlayib.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə son prosesləri şərh edərkən qeyd edib.

Politoloq bildirib ki, Azərbaycan Zəngəzur məsələsində fəallıq etmir:

"İranla bu məsələ həll edilib. Azərbaycanın irəli sürdüyü beş təməl prinsiplər üzrə İrəvan şərtlərlə çıxış edir. Fransa tərəfindən Ermənistanın silahlanması N. Paşinyanın sülh müqaviləsi üzrə danışıqlarda manipulyasiyası ilə nəticələnib. Artıq Paşinyan bugün bir söz, sabah da digər söz deyir. El məsələsində desək, Paşinyan "nala-mixa vurur". Ermənistan qoşunlarını komplektləşdirib, Cermux-Kəlbəcər istiqamətində Fransanın dəstəyi ilə hücum edə bilər. Rəsmi İrəvan Azərbaycanı bir çox yüksəkliklərdən geri çəkilməsini tələb edir".


Xəbər 1145 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +