Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb


22.03.2025  11:43 

Allah var, bilirəm...





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

* * *

Allah var, bilirəm
hamı qaçır ona sarı!
Günü, ayı,
zamanı qabağında otarır Tanrı!

Rənginə görə məhsul verir torpaqları,
Daşıdığı yükünə bənzəyir adamları!
Yerin üstündədir,
göyün qanadları!
Yerin üzünə yanır Günəş,
rəngi-sarı !

Allah var, bilirəm
kökü ağacı,
budağı yarpağı oxşayan kimi!
Barmağımın izləri,
təkliyin yaşayan kimi!

* * *

Sən getmisən, çıxıb gedib
Sevinc, səbir, bir də dözüm!
Səni yerdə itirmişəm,
Ölüb, səni göydə gəzim?!

Əl-yastığım, daş-döşəməm
Gəl, indi sənsiz üşümə!
Can dağılıb, ələ düşmə...
Evə gəlmir iki gözüm!

Yağış-suyum, güman-çətrim
Yaşamağın itib ətri!
Bəndləşsədə hər bir sətrim,
Sənlə bitir hər bir sözüm!

* * *

Bu yerdən bir səs gəldi,
Gəldim, olumdu deyə!
Haqq deyib əzab çəkdim,
Sevdim, yolumdu deyə!

Olmağım öz təbində,
Yaşadım söz təbində!
Eşqimin köz təbində,
Qaldım, yar umdum deyə!

Qalan elə şəkildi,
Qəm, şəklim yekə çəkdi!
Cütlüyü təkə çəkdi,
Güldüm, ölümdü deyə!


Xəbər 3008 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +