Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


17.04.2021  12:37 

Rusiyada Ukrayna konsulu saxlanıldı





A+  A-

Ukrayna konsulu Aleksandr Sosonyuk Sankt-Peterburqda bir Rusiya vətəndaşından gizli məlumat alarkən cinayət başında saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Söhbət təhlükəsizlik qüvvələrinin məlumat bazalarında yer alan məlumatlardan gedir.

"Hazırda Ukrayna diplomatik qurumundadır. Həbsinin şərtləri araşdırılır. Mövcud təcrübəyə uyğun olaraq və qarşılıqlılıq prinsipi əsasında Ukrayna tərəf cavab tədbiri hazırlayır",- deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "RBC-Ukrayna"ya açıqlamasında bildirib.

FSB-dən verilən açıqlamada deyilir ki, Sosonyukun fəaliyyəti Rusiyaya qarşı düşmən mövqe sərgiləyir və diplomatik işçi statusu ilə uyğunlaşmır.

Onun ölkədə Sankt-Peterburqdakı Ukraynanın Baş Konsulluğunda 2012-ci ilin oktyabr ayından etibarən çalışdığı bildirilir.
FSB əlavə edib ki, Sosonyuk beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılacaq.

Prezident yanında Millətlərarası Münasibətlər Şurası Rəyasət Heyətinin üzvü Boqdan Bespalko isə bildirib ki, konsul Rusiyadan xaric edilə bilər. O, Sankt-Peterburqdakı konsulluğun bağlanacağını da istisna etməyib.

Qeyd edək ki, diplomatlar çalışdıqları ölkədə toxunulmazlığa malikdirlər. Eyni zamanda, Vyana Konvensiyası diplomatik nümayəndə işçiləri qanunu pozduqları və ya düşmənçilik mövqeyi sərgilədikləri təqdirdə səlahiyyətlilər tərəfindən ölkədə qalmaq hüququndan məhrum edə biləcəyini nəzərdə tutur.

Xəbər 1920 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +