Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


28.09.2017  18:05 

Kürdləri dəstəkləyən məmur meydan oxudu: “Adam öldüməmişəm ki...”





A+  A-

"Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam".
XəzərNews.az xəbər verir ki, bunu "Report"a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.
Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: "Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədi? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdı. Nə çıxartmaq? Mən adam öldürüb cinayət törətməmişəm, rüşvət alıb korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər ehtimatı doğrultmamışamsa bu mənim səhvimdi. O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam".

Laçın RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova "Report”a deyib ki, Hüquq şöbəsinin müdiri ilə bağlı hər hansı cəza tədbiri görülməyib: "İcra hakimiyyətinin başçısı Aqil Nəzərli də açıqlamasında deyib ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək. Hələlik belə bir şey yoxdur”.

Qeyd edək ki, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti facebook-da və mətbuatda ciddi tənqid olunub.

Xəbər 1650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +