Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


14.09.2021  11:09 

Azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradılıb





A+  A-

İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradılıb.
XəzərNews.az-ın məlumatına görə, bunu Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılıb, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib: "Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi".

Xəbər 2520 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +