Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


21.08.2020  17:22 

“Karantində verilən qərarların icrasına Operativ Qərərgah nəzarət etmir”





A+  A-

Son günlər qadağan olunmasına baxmayaraq ölkədə toy və nişan mərasimlərinin keçirildiyini təsdiq edən foto və videolar yayımlanır.
XəzərNews.az xəbər verir ki, Operativ Qərargahın avqustun 3-də verilən açıqlamasında qeyd olunurdu ki, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasında kütləvi tədbirlər də var. Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri, toy məclislərinin təşkili qadağandır. Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərə də icazə verilmir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövrü ilə bağlı verilən qərarların icrasına Operativ Qərərgah nəzarət etmir: "Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin".

Xəbər 2215 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +