Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


19.08.2022  11:16 

Namazda fikri necə toplamaq olar?





A+  A-

Ayətullah Seyid Əli Sistani namazda fikri toplamaq haqda tövsiyə verib. İlk öncə alim namazdan əvvəl aləmi yaradanın – Allahın qarşısında dayandığınızı düşünməyi tövsiyə edir.

“Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın” -, deyə alim vurğulayır.

Şeytanın vəsvəsələrindən qorunmaq üçün isə o, “La İlahə illəllah” zikrini çox deməyin faydası olduğunu diqqətə çəkib.

İmam Sadiq (ə.s) buyurub: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar”.

Peyğəmbər (s) buyurub: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu, dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşısında dayanmısan və kimə minacat edirsən və sənə kim baxır”.

Bu hədisləri nəql edən alim namazdan öncə fikri narahatlığı aradan qaldırmağını, bu barədə düşünməməyi və bütün fikirləri namaza və Allahın ibadətinə toplamağını tövsiyə edib.

Xəbər 2735 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +