Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


30.04.2018  16:21 

Qurban Qurbanovun 200-cü qələbəsi





A+  A-

Premyer Liqanın XXV turu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
XəzərNews.az PFL-ə istinadən məlumat verir ki, "Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Q.Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/07 mövsümündə "Neftçi”nin "sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi "Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

Q.Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etmiş Ağasəlim Mircavadovdan geri qalır.

Xəbər 1518 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +