Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu


14.03.2018  14:26 

AFFA hakimi döyən futbolçunu CƏZALANDIRDI





A+  A-

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının “Gənclik” – “Füzuli” oyununda baş verən hadisələr də müzakirə olunub və müvafiq qərarlar verilib.
Bu haqda XəzərNews.az-a AFFA-dan məlumat verilib.

Matçın 90+1-ci dəqiqəsində “Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüş tam başa çatmadığına görə “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin dəqiqədə meydan sahiblərinin futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Komanda yoldaşları Elman İsgəndərov və Fərid Ağabəyli isə hakimi təhqir etdikləri üçün 4 oyunluq diskvalifikasiya olunublar.

Bundan başqa, “Gənclik” klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Xəbər 1636 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +