Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


05.06.2020  13:20 

Tramp Çini bu yolla cəzalandıra bilər





A+  A-

ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə və köməkçilərinə qiymətli kağızları ABŞ birjalarında yerləşdirmək və dövriyyəyə buraxmaq üçün Çin şirkətlərinə qoyulan tələblərin sərtləşdirilməsi üçün təlimat verib.
XəzərNews.az “Reuters”ə istinadən xəbər verir ki, tövsiyələr Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) və İctimai Şirkətlərin Mühasibatına Nəzarət Şurasının ( PCAOB ) işini əhatə edəcək.

Bununla auditlərinin aparılmasına imkan verməyən şirkətlərə qarşı bu qurumların daha sərt mövqe tutmalarına icazə veriləcək. Bildirilib ki, ABŞ üçün bu, Çini cəzalandırmağın bir yolu olacaq, belə ki, Çin şirkətləri uzun illərdir Amerika birjalarından istifadə edir və oradan vəsait əldə edirlər.

Bununla yanaşı, Tramp qeyd edib ki, ÇXR hakimiyyəti öz şirkətlərinə ABŞ-dakı rəqib şirkətlər üçün vacib sayılan investorların qorunması ilə bağlı tələblərə əməl etməyə icazə verməyib. Bununla da Pekinin məlumatların gizlədilməsindən öz xeyrinə istifadə etdiyi qeyd olunub.

Həmçinin Tramp dövlət qulluqçularının vəsaitlərini idarə edən pensiya fondlarına Çin qiymətli kağızlarına investisiya qoymağı qadağan edib.

Xəbər 1549 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +