İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


04.01.2018  16:17 

Siqaretlə bağlı televiziyalara tapşırıq — FƏRMAN





A+  A-

Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb.
XəzərNews.az bildirir ki, fərmana əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə bu nazirliklərin elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanmalı və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilməlidir.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən tədris proqramları hazırlanarkən tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular tədrisin məzmununa daxil edilməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev 29 dekabr 2017-ci ildə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +