İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


09.01.2025  16:13 

Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı





A+  A-

Bir müddət əvvəl Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi, diplomat Ramiz Vəliyevin həbs olunduğuna dair məlumat yayıldı

Qeyd olunurdu ki, o, beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Həmçinin onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi də vurğulanırdı.

Son günlər isə Ramiz Vəliyevin vəkilinin onun qardaşı oğlu Adəm Məmmədov olduğu barədə xəbərlər yayılıb.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-ın əməkdaşı Adəm Məmmədovla əlaqə saxlayıb. Onunla əməkdaşımız arasındakı dialoqu təqdim edirik:

- Kim deyir ki, Ramiz Vəliyev həbs olunub? Kim deyir? Zəng edin Xarici İşlər Nazirliyinə, görün, belə bir adam həbs olunub? Saytlarda yayılan xəbərlərə gəlincə, bu xəbərləri rəsmən təsdiqləyiblər ki? Yazırlar da... Sadəcə yazırlar, qurtardı getdi də...
- Adəm müəllim, siz Ramiz Vəliyevin vəkilisiniz?
- Adam həbs olunanda onun vəkili olur. Mən onun vəkili deyiləm. Çünki o, həbs olunmayıb. Yayılan o boş xəbərlər məhkəmə predmeti olacaq. Bunlar 15 gün əvvəl gedən məlumatdır. 15-20 gün əvvəl yayıldı, qurtardı getdi də.
- Axı Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Vəliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi açıqlanıb.
- Səbail Rayon Məhkəməsinin belə bir qərarı olmayıb. Bunu məndən niyə soruşursunuz? Olmayıb belə bir şey. Heç məsləhət də deyil bunu yazmaq. 20 gün əvvəl yazıblar, boş-boş şeylərdir. Bu, məhkəmə predmeti olacaq. Yazırlar, ay bu terrordur, ay belə oldu, elə oldu. Danışırlar, yazırlar da. Dövlət təşkilatları açıqlama verməlidir, tutan orqan açıqlama verməlidir ki, belə bir şey olub, ya yox. Ondan sonra bilirsiniz də... Axı mən nə bilim? İndi bir nəfər yönəldib mənim üstümə ki, Adəm Məmmədov cavab versin. Mən lazım olanda, vaxtı çatanda, real bir şey varsa, açıqlama verirəm. Mən mətbuatla işləyən adamam.
- Ramiz Vəliyev sizin əminizdir?
- Xeyr. O, Vəliyevdir, mən Məmmədovam. Araşdırın. Onu 2-3 sayt yazıb ki, Ramiz Vəliyev Adəm Məmmədovun əmisidir. Hə, yazıblar. Mən indi durub hamısına deyim ki, filankəs mənim əmimdir və yaxud filankəs mənim əmim deyil. Mən durub belə şeylərin arxasınca düşsəm, nə dəyişəcək ki? Əgər hər hansı bir açıqlama lazım olsa, mən özüm sizi yığacağam, deyəcəyəm ki, belə bir şey var, realdır, açıqlama vermək istəyirəm.

Xəbər 3386 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +