Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb


18.02.2025  22:45 

Fərid Qayıbovla bağlı nə baş verir?





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Ötən seçkidə vitse-prezident seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.

Bu, Fərid Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub. Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.

Qeyd edək ki, MOK-un İcraiyyə Komitəsinin yeni üzvləri arasında Fərid Qayıbovun sabiq müavini Mariana Vasileva da yer almayıb. O, ötən ay nazir müavini vəzifəsindən azad edilib. Mariana Vasileva idmançılara qarşı fiziki zorakılıqda ittiham edilirdi, hətta buna görə Gimnastika Etikası Fondu tərəfindən ömürlük diskvalifikasiya olunub. Fərid Qayıbovun isə işdən çıxarılan müavini ilə selfi paylaşması birmənalı qarşılanmamışdı./Qafqazinfo

Xəbər 2468 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +