Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


31.05.2021  12:37 

Şimali Koreya liderindən 24 gündür xəbər yoxdur





A+  A-

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In 24 gündür ictimaiyyət arasında görünmür.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +