Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu


20.07.2019  16:48 

Komitədən artıq gömrük ödənişi tələbi iddiasına cavab





A+  A-

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Belə ki, məlumatda Azərbaycan vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
Bu barədə XəzərNews.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK bildirir ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə DGK-ya müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Komitəyə dəvət edilsə də o edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb.

Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Aparılan araşdırma zamanı Sənan Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyən edilib.

Xəbər 1222 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +