Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


29.03.2019  16:34 

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi





A+  A-

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər 1376 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +