Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


04.04.2018  13:29 

Gələn ildən dərslər saat 9-da başlayacaq? - AÇIQLAMA





A+  A-

Bu gün Bakı şəhərində yerləşən bəzi orta ümumtəhsil məktəblərində şagird və müəllimlərə növbəti ildən dərs saatlarının 08:00-da deyil, 09:00-da başlanacağı bildirilib.
Qərarı elan etməzdən əvvəl müəllim və şagirdlərin fikri öyrənilib. Əksər müəllimlər dərs vaxtının 1 saat gec-09:00-da başlanlmasının tərəfdarı olduğunu bildirib. Bundan sonra direktor müavinləri “Növbəti ildən dərslər saat 9-da başlayacaq”, deyə bildiriblər.

Amma bu qərar işləyən valideynlər tərəfindən narazılıqla qarşılanıb. Hamıya bəllidir ki, paytaxtdakı dövlət və özəl müəssisələrin böyük əksəriyyətində iş saat 09:00-da başlayır. Bu baxımdan valideynlərin övladlarını məktəbə qoyduqdan sonra işə çatması mümkün olur... Qərar dəyişikliyi baş verərsə, bu, mümkün olmayacaq.

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusunu cavablandırarkən məlumatların əsassız olduğunu deyib:

“Belə bir dəyişiklik nəzərdə tutulmayıb. Ümumiyyətlə, bu barədə nazirlikdə müzakirə belə aparılmayıb. Bütün bunlar növbəti dezinformasiyalardır”.

Xəbər 1509 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +