Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


21.01.2018  10:23 

Suriyadan Türkiyəyə 4 raket atıldı





A+  A-

Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb.

Hadisə nəticəsində 1 nəfər yüngül xəsarət alıb. Binalarda meydana gələn kiçik miqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

Son məlumata görə, Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub.

Xatırladaq ki, şənbə günü Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Bu gün bölgədə quru əməliyyatlarının başlanacağı gözlənilir.

Xəbər 1564 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +