Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


03.01.2018  13:25 

Heydər Əliyevin 37 il əvvəl “QAZ-24” bağışladığı salyanlı kimdir?





A+  A-

Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl Heydər Əliyev tərəfindən ona verilən “QAZ-24” markalı “Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.

Hadisə isə belə olub: Mərhum prezident Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə - 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Heydər Əliyev “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar “Volqa” avtomobilinin verilməsini tapşırır.

Həsrət Əsədov deyir ki, həmin “QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. “Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə mərhum prezidentlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, - deyə Salyan sakini bildirir.

Xəbər 1737 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +