Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.03.2025  13:03 

İmamoğlu Ərdoğanın anasını təhqir edənlərə qarşı...





A+  A-

Həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anasının təhqir olunmasını pisləyib.

XəzərNews.az xəbər verir ki, bu barədə onun sosial hesabındakı paylaşımında qeyd olunub.

"Siyasi tariximizin gördüyü ən böyük ədalətsizliklərdən biri ilə qarşı-qarşıyayam. Əlbəttə, hər bir qanuni yolu istifadə edərək mübarizə aparacağıq. Lakin baş verənlərə və çörək kimi, su kimi, hava kimi müqəddəs bildiyim analarımıza təhqirlər yağdırılmasına ürəyim acıyır. Prezidentin anasına qarşı edilən təhqirləri qınayıram. Allahdan ona rəhmət diləyirəm.

Həbsxanada olmamızı fürsət bilib, anamla, həyat yoldaşımla və ailəmlə bağlı əxlaqsız paylaşımlar edənlərə qarşı prokurorluğu dərhal işə qarışmağa çağırıram. Biz iqtidara gələndə, siz etdiyiniz hər şeyi biz etməyəcəyik. Ədalət hər kəsin güvənc yeri olacaq, hüquq hər kəsin can və mal təhlükəsizliyini təmin edəcək, heç kəs kiminsə malına, mülkünə, şərəfinə, qüruruna, heysiyyətinə əl uzadamayacaq", - Ə.İmamoğlu paylaşımında yazıb.



Xəbər 1755 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +