Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


08.07.2025  10:19 

ABŞ İrana qarşı zərbə endirməyə hazırdır





A+  A-

ABŞ prezidenti bildirib ki, əgər İran təhlükə yaradarsa, Vaşinqton cavab tədbirləri görəcək.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Birləşmiş Ştatlara qarşı təhdid yaradarsa, Vaşinqton bu ölkəyə qarşı yenidən hərbi zərbə endirməyə hazırdır.

XəzərNews.az xəbər verir ki, bu fikri Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Düşünürəm ki, bu artıq başa çatıb. İranın görüş keçirmək və sülh bağlamaq istədiyini hesab edirəm və mən bunu tam dəstəkləyirəm. Əgər vəziyyət belə olmasa, biz yenidən zərbə endirməyə hazırıq və bunu istəyirik. ABŞ-nin bu addımı yenidən atmaq məcburiyyətində qalacağına isə şübhə etmirəm”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti qeyd edib ki, İran hazırda danışıqlara maraq göstərir və bu, vəziyyətin sabitləşməsi üçün müsbət siqnaldır. ABŞ İranla möhkəm və davamlı sülhü dəstəkləyir, lakin təhlükə yaranacağı təqdirdə, hərbi gücdən istifadə etməkdən çəkinməyəcək.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ- nin İranın nüvə obyektlərinə endirdiyi zərbələri “sərt xəbərdarlıq” adlandırmışdı. O, bu zərbələrin Tehranda ciddi reaksiya doğurduğunu və nəticə olaraq İran tərəfinin dialoqa açıq olduğunu bildirmişdi.

Hazırda isə görüşün dəqiq tarixi və yeri barədə heç bir rəsmi açıqlama verilməyib.


Xəbər 273 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +