Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.11.2022  16:13 

Zelenski Moskva ilə nə zaman danışıqlar aparacaq?





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevə hərbi yardımı dayandıracağı təqdirdə Moskva ilə danışıqlar aparacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə “Judging Freedom”un aparıcısı Endryu Napolitano açıqlama verib.

Jurnalist BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi Skott Ritterlə söhbəti zamanı qeyd edib ki, Kiyev və Moskva arasında münasibətlər müzakirə olunanda ABŞ həmişə iştirak edir:

“Əgər hansısa danışıqlar, kanallar varsa, Rusiya və Ukraynadan kimsə gizli şəkildə Cenevrədəki oteldə görüş keçirirsə, deməli, Dövlət Departamentindən orda kimsə olub. Buna heç bir şübhə yoxdur”.

O, Kiyevin Moskva ilə danışıqlara hazır olması üçün yeganə şərtini də açıqlayıb. Aparıcının sözlərinə görə, Ukrayna münaqişəsi yalnız Zelenski "sağlam düşüncəyə gələndə" bitə bilər:

“Co Bayden zəng vurub deyəcək ki, Respublikaçılar Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər, danışıqlar aparmaq lazımdır".

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Rusiyanın birbaşa danışıqlar aparmaq istəyi ilə bağlı siqnallar aldığını bildirmişdi.

Yusif Əli
XəzərNews.az


Xəbər 911 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +