Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


05.12.2018  11:09 

Sürücü sükan arxasında yatarsa - Yeni layihə





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni pilot layihə həyata keçirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Bakutel-2018" sərgisində “Azərtac”a açıqlamasında deyib.

O bildirib ki, Bakı Avtovağzalı Nəqliyyatı Mübadilə Mərkəzi inşa edilir və yaxın zamanlarda istifadəyə veriləcək. Mərkəzin yaradılmasında əsas məqsəd sərnişinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək, keyfiyyət göstəricisini daha da artırmaqdır. Bununla əlaqədar olaraq CISCO və Almaniyanın SAP şirkəti ilə pilot layihələrə başlanılıb.

P.Məmmədova qeyd edib ki, CISCO şirkəti ilə həyata keçirilən pilot layihə əsasən təhlükəsizlik və yüksək xidmətin göstərilməsi üçündür. Almaniyanın SAP şirkəti ilə həyata keçirilən pilot layihəyə əsasən isə sürücülərə xüsusi jiletlər veriləcək. Sürücü sükan arxasında yuxuya gedərsə və ya hansısa bu tip qəza vəziyyəti yaradacaq hallar baş verərsə jilet siqnal verərək həm sürücünü oyadır, həm də mərkəzdən nəzarət edən dispetçerə məlumat ötürür. Pilot layihə özünü doğruldarsa bütün sürücülərə bu jiletlər təqdim ediləcək.

Xəbər 1607 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +