Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


19.03.2024  13:41 

“Bir hərəkətimlə gündəmi zəbt edə bilərəm”





A+  A-

Aktrisa Pərvin Abıyeva uzun müddət sonra çəkiliş meydançalarına qayıtmaq qərarına gəlib.

Xəzərnews.az xəbər verir ki, Bu barədə sənətçi OLAY-a açıqlama verib. O bildirib ki, bir müddətdir davam edən fasiləni dayandırmaq istəyir:

“Açığı bir müddət dincəlmək istədim, özümə istirahət verdim. Amma bir az uzun çəkdi deyəsən. Qayıtmaq vaxtıdır. Təkliflər olur. Razılaşdığım, razılaşmadığım da var. Ona görə dəqiq bir şey deyə bilmirəm. Çoxdandır seriala çəkilməyi bitirmişəm.

Nə vaxt Azərbaycanda yaxşı seriallar çəkiləcək, onda qəbul edəcəyəm. Ancaq film ola bilər. O ki qaldı, qonorar bütün aktyorların problemidir.

İnanmıram hansısa azərbaycanlı aktyor razı qaldığını desin. Mümkün deyil. Məsələn, mən aşağı qonorarla yaxşı ssenari gəlsə, qəbul edərəm. İşin keyfiyyəti önəmlidir. Sonra da qonorar. Amma həm qonorar, həm də iş pis olanda istəmirsən”.

Abıyeva vurğulayıb ki, son vaxtlar TikTok-da həmişəki kimi aktiv deyil:

“Əvvəlki kimi aktiv deyiləm, canlı yayım açıram. Amma 3-4 gündən bir. Mən kinoya çəkildiyim vaxtlarda da instaqramda canlı yayım açırdım. Bu, mənə mane olmurdu. Sadəcə mən bir şeydən tez sıxılıram. Ümumiyyətlə son illər sosial mediada passivəm. Bu, mediatik olmağıma təsir göstərmir.

Çünki bilirəm ki, bir cümləm, bir hərəkətimlə gündəmi zəbt edə bilərəm. Olan budur”.



Xəbər 1120 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +