Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.02.2021  12:23 

AQTA-dan sahibkarlara çağırış





A+  A-

Beynəlxalq ticarətdə qablaşdırma qaydalarına uyğun olmayan qida məhsullarının sertifikatla təmin edilməsinə və satışına yol verilməyəcək.
XəzərNews.az xəbər verir ki, ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsulları beynəlxalq ticarət qaydaları və idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ekspertizadan keçirilir və müvafiq sertifikatlarla təmin edilir. Eyni zamanda ölkəmizdən ixrac olunan qida məhsulları idxalçı ölkələrin idxal tələblərinə uyğun olaraq qablaşdırılmalı, etiketlənməli və markalanmalıdır.

Lakin həyata keçirilən nəzarət tədbirləri və monitorinqlər göstərir ki, bəzi hallarda sahibkarlıq subyektləri idxal-ixrac prosesləri zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozur, qida məhsullarının qablaşdırılması və etiketlənməsini normativ texniki sənədlərin tələblərinə uyğun olmadan həyata keçirməyə çalışır və bununla da beynəlxalq tələbləri pozmaqla yanaşı ölkənin ixrac imicinə ziyan vururlar.

Aparılan araşdırmalar zamanı bir sıra hallarda qida məhsullarının qablaşdırılmasında İSPM №15 “Beynəlxalq ticarətdə taxta materialları ilə qablaşdırma qaydaları”na dair beynəlxalq tələblərin pozulması (taxta yeşiklərdə etiketlənmə və markalanma) faktları aşkar olunur.

AQTA bununla bağlı olaraq qida sahəsində idxal-ixrac əməliyyatları zamanı sahibkarları diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə, idxalçı ölkənin tələblərini nəzərə almağa çağırır. Bildirilir ki, bu sahədə normativ texniki aktların tələblərinə cavab verməyən, qablaşdırılmada istifadə edilən taxta paletlərində etiketlənmə və markalanma qaydalarına dair beynəlxalq tələblərə uyğun olmayan qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir.

Xəbər 1998 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +