Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.02.2019  16:27 

10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq





A+  A-

“Devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturuzasiya dövründə məlum olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O, qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu: “Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi işini sıfırdan qurmalıdır ki, gələcəkdə problemlər olmasın. Çünki hər dəfə cənab prezident belə fərman verməyəcək. Bu, bir şansdır. Ona görə də banklar işlərini düzgün qursunlar.

Bəzən deyirlər ki, hansısa bankları bağlamaq istəyirlər. Mən dövlət rəhbərindən, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən xahiş edirəm ki, bankların bağlanmasına 5 il müddətinə moratorium qoysunlar. Çünki devalvasiyalardan sonra bankların vəziyyəti pisləşib. Onların kapitallaşma və gəlirləri səviyyəsi aşağıdır. Banklar sağlamlaşdırılmalıdır. 10 min dollardan artıq götürülən kreditlərə isə bank tərəfindən yenidən baxılacaq”.

Xəbər 1160 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +