Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.02.2018  14:57 

Oqtay Əsədov nümayəndə heyətini Rusiyaya apardı





A+  A-

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya paytaxtı Moskvada səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.

Nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Federasiyasının Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq.

Xəbər 1684 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +