Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


01.12.2022  12:06 

Vəzifəsi, pulu, var-dövləti ilə bağlı olanlarla şəkil çəkdirməyin...





A+  A-

2017-ci il iyunun əvvəlində KİV rəhbərlərindən ibarət bir heyətdə Naxçıvana getmişdim. Naxçıvan Universitetində tələbələrlə görüşdən çıxanda birdən bu şəkildəki adam peyda oldu; maşınından düşüb universitetin giriş qapısına tərəf gəlirdi.

Yanımdakından soruşdum: "Bu adam kimdir ki, hamı qabağına qaçır?" Dedi: "Seymur müəllimdi də... Vasif müəllimin oğlu. Burda prorektordur".

Dedi və o da qaçdı pişvaza. Sonra hamısı toparlandı, bu şəkildəki adamın böyründə basabasla şəkil çəkdirdilər. Mən də durmuşam kənardan baxıram, Vasif Talıbovun oğlunun yanında durmaqdan ötrü yekə-yekə kişilərin bir-biri ilə çiyinləşməsindən, dümsükləşməsindən ləzzət alıram. Bu şəkildəki adam da hərdən təəccüblə, ya da bəlkə qəzəblə mənə tərəf baxır. Heyətdəkilərdən biri utandı, yanıma gəldi. Sevindim ki, tək deyiləm.

İndi o şəkildəkilər, görəsən, o şəkilləri nə edəcəklər?!

Mən həmin səfərdə tələbələrlə, əsgərlərlə, orta məktəb şagirdləri ilə, fabrikdəki fəhlələrlə, Batabatda bioloq alim Mürsəl kişi ilə çəkdirdiyim şəkillərdən ləzzət alacam. Bəs Seymur Talıbovla şəkil çəkdirənlər nə hisslər keçirirlər?!

Ona görə də gənclərə məsləhətim: heç vaxt heç bir məmurla, lap elə dövlət adamı ilə şəkil çəkdirməyin. Dəyəri, sadəcə, vəzifəsi, pulu, var-dövləti ilə bağlı olanlarla şəkil çəkdirməyin. O sadaladıqlarım bu gün var, sabah yoxdur. Dəyəri özündə olanlarla şəkil çəkdirin. Əsgərlə, rəssamla, vicdanlı qələm adamı ilə, sənət adamı ilə şəkil çəkdirin. Həqiqi alimlə şəkliniz olsun, Akademiyanın həqiqi üzvü deyil deyə yan qaçmayın. Yazıçılar Birliyinin sədri ilə poz verməyə çox da can atmayın, yazıçı ilə yanaşı baxın fotokameranın obyektivinə. Bax, elə, bu gün gedin Əlisa Nicatla şəkil çəkdirin...

Və... bir də Hacı Nuranla şəkil çəkdirməzdən qabaq iki dəfə düşünün. Elə adam var, Hacının özü ilə də şəkli var, atı ilə də. Ancaq indi bizə başdaşındakı şəkildən baxır...

Bahəddin Həziyev

Xəbər 1055 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +