Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


14.03.2021  08:57 

İstanbulda girov saxlanılan 101 əcnəbi azad olundu





A+  A-

Türkiyənin İstanbul şəhərində polis genişmiqyaslı əməliyyat keçirib.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatla Silivridə doqquz villa kirayələyib kriptovalyuta çağırış mərkəzi quran şübhəlilər saxlanılıb.

18 çinli şübhəlinin 101 nəfərin pasportlarını ələ keçirərək, onları məcburi şəkildə işlətdiyi, saxlanıldıqları villalardan çıxmasının yasaqlandığı üzə çıxıb.

Şübhəlilərin Çində yaşayan vətəndaşlara qarşı kriptovalyuta məsləhətçiliyi adı ilə fırıldaqçılıq etdiyi üzə çıxıb.

18 çinli şübhəlinin Türkiyədə işləmək adı ilə Çindən kompüter mühəndisi və proqramçılardan ibarət 101 nəfər gətirdiyi məlum olub.

Hadisənin üstü gecə saatlarında villadan qaçmağı bacaran iki çinlinin polisə müraciət etməsindən sonra açılıb. Əməliyyatla 101 işçi və 18 şübhəli saxlanılıb. Günahsız olduğu və ölkəyə turist vizası ilə gəldiyi üzə çıxan çinli işçilər Vilayət Miqrasiya İdarəsinə aparılıb.

Əməliyyatda 1 milyon 500 min TL pul, 712 mobil telefon, 112 kompüter, 677 simkart, pulsayma maşını və çox sayda harddisk ələ keçirilib. Məhkəməyə çıxarılan 18 şübhəlidən altısı həbs olunub.

Xəbər 1412 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +