Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


13.08.2019  09:54 

“Diqqətli olmalıyıq” - Qurban Qurbanov





A+  A-

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah III təsnifat mərhələsinin cavab matçında APOEL-i qəbul edəcək.
XəzərNews.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Kipr təmssilçisi ilə keçiriləcək qarşılaşma barədə danışıb.

Təcrübəli mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib:

"Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik". Qurban Qurbanov zədəli futbolçular barədə də məlumat verib: "Hər şey yaxşılığa doğru gedir. Bədavi komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olmasının önəmi böyükdür. Digər futbolçularda vəziyyət normaldır. İndi 10-15 gün əvvələ nisbətən daha yaxşıyılq. Mikrozədələr də olur. Amma həftəboyu hamı komanda ilə birgə məşq edib".

Xəbər 1234 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +