Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


26.07.2018  12:32 

Avtomobillərdən oğurluq edənlər tutuldu





A+  A-

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu haqda XəzərNews.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zığ qəsəbə sakini N.Yolçuyevin “Mercedes” markalı avtomobilindən 3500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Timur Sinjapov saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-nə keçən gecə Bakı şəhər sakini R.Kərimovun “Chevrolet” markalı avtomobilindən 27 manat pul, 2 ədəd mobil telefon, sənədlər və bankomat kartlarını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elxan İsayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər 1531 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +