Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video
Mingəçevirdə Günəşli bağlar massivini su basıb
Bank kartlarından 32 min 306 manat oğurlandı
“Sədərək” Ticarət Mərkəzini su basıb
Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi


11.04.2025  16:32 

“Bolt” yalan danışır?





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Bolt” şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

XəzərNews.az xəbər verir ki, “Savashmedia.az”ın əməkdaşı sözügedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfovla əlaqə yaradıb:

“Atamın durumu çox ağırdır. Qəzadan sonra o, Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şeyi deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandır. “Bolt” şirkəti açıqlama yayıb ki, guya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 Aprel tarixində ləğv olunub. Bu, tamamilə yalandır. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. “Bolt” şirkətini məhkəməyə verməyə hazırlaşırıq”.

Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib:

“Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandır. Onun banka borcu olub, qaytara bilmədiyinə görə, barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır”.

Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib:

“Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez sudurqası tuturdu, qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib”.

Xəbər 3089 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +