Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu
Kəndin mollası həyat yoldaşını boğaraq öldürüb
Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi


31.07.2024  16:25 

Saakaşvili hakimiyyətə qayıdır? – Gürcüstanda gözlənilən YENİLİK





A+  A-

Bu ilin oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi müxalifətin reytinqi yüksəlməyə başlayıb. Hazırkı prezident Salome Zurabaşvilinin hökumətlə münasibətlərində isə gərginlik müşahidə edilir. Onun barəsində ağır ittihamlar səsləndirilir. S.Zurabaşvili hətta “vətənə xəyanət”də ittiham olunur. Belə bir fonda ölkənin sabiq prezidenti Mixeil Saakaşvili hakim “Gürcü arzusu”na qarşı duran ən əsas müxalif qüvvə kimi öz “Vahid milli hərəkat” partiyası üzərində nəzarəti saxlayıb. Bəzi gürcü ekspertlər sabiq prezidentin reytinqinin son ilin ən yüksək göstəricisinə – 60 faizi keçməsinə diqqət çəkiblər.

Bu reallıqları nəzərə alsaq, müxalifətin, xüsusən də M.Saakaşvilinin partiyasının keçiriləcək seçkilərdə qalib gəlmək şansı nə dərəcədə yüksəkdir?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Gürcüstanda “Xarici agentlər haqqında” qanunu qəbulundan sonra müxalifətin reytinqi artır.



Onun sözlərinə görə, belə bir reallıq şəraitində sabiq prezident M.Saakaşvili ən populyar müxalifət liderliyini özündə qoruyub saxlayır: “Ölkədəki müxalifət sabiq prezident Saakaşvilidən sonra ortaya yeni bir namizəd çıxara bilmədi. Saakaşvilinin artan nüfuzu və reytinqi məsələsinə “Gürcü arzusu” hökuməti özü də müsbət baxır. Çünki məlum olduğu kimi, Saakaşvili hakimiyyəti dövründə biznes elitasına və korrupsioner şəxslərə qarşı mübarizə aparırdı. Həmin dövrdə vergidən yayınanlara, qaçaqmalçılara qarşı sərt tədbirlər görülmüşdü. Buna görə də içərisində daha çox kriminal şəxslərin olduğu biznes elitası ondan çəkinir. Gürcü hökuməti hər seçkidən qabaq bu məsələni qabardır. Eyni zamanda sabiq prezidentin Rusiyaya qarşı münasibəti də məlumdur. Bu səbəbdən Bidzina İvanişvili və tərəfdarları Saakaşvilinin Rusiyaya qarşı empatiyasını qabardaraq, onun hakimiyyətə gələcəyi təqdirdə ölkəni yenidən müharibəyə sürükləyəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Sözügedən nüans gürcü xalqının yenidən İvanişvilini seçməyinə səbəb olur”.



Z.Əmrəliyev deyib ki, Gürcüstanda növbəti seçkilərin nəticələri fərqli ola bilər. Onun qənaətincə, seçkilər sürpriz yeniliklərlə də yadda qala bilər: “Ola bilər ki, “Gürcü arzusu” yenidən birinci yerə çıxsın. Amma onların təkbaşına hökumət qurmaqda çətinlik çəkəcəyini düşünürəm. Müxalifət seçkilərdə qalib gəlməyə bilər. Lakin iqtidar böyük həcmdə səs itkisinə məruz qalacaq. Saakaşvili hökumətin başına keçməsə belə, bu seçkilərdə əvvəlkilərə nisbətən üstünlük və güc qazanacaq. Burada Qərblə qopmalar və “Xarici agentlər haqqında” yeni qəbul edilmiş qanunun təsiri də var”.

Xəbər 4514 dəfə oxunub.




05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +