Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


14.08.2023  16:02 

Şirkət rəhbərinə cinayət işi açılıb





A+  A-

Kəngərlidə işçinin ölümünə görə şirkət rəhbərinə cinayət işi açılıb.

XəzərNews.az Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadla xəbərt verir ki, "ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənayə Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.

Toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanmaqla Kəngərli rayon prokurorluğu tərəfindən istintaq aparılıb.

İstintaqla, Qarabağlar Daş Ocaqlarınının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xəbər 1030 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +