Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


09.08.2023  15:17 

Universitetin keçmiş baş müəllimi həbs olunub





A+  A-

Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılova həbs olunub

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, 3 nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

İşin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmişlər - Anar İsmayılov və Qüdrət Həsənov Belarusdan Azərbaycana toyuq məhsulları idxal edən şirkət rəhbərləridirlər.

Təqsirləndirilən şəxs onlara özünü oğlunun direktoru olduğu "MİN 300" MMC-nin faktiki sahibi kimi təqdim edərək Azərbaycana idxal etdikləri ümumilikdə 80 ton toyuq məhsulunu əvvəldən tanıdığı saxlanca yerləşdirilməsinə nail olub. H.Mikayılova bir müddət sonra məhsulu saxlancdan çıxararaq satışını təşkil edib, əldə olunan 332 min manatı ələ keçirib.

Eks-pedeqoq zərərçəkmiş Məzahir Dostuyevə isə torpaq çıxarışı almasına kömək edəcəyi ilə bağlı yalan vəd verərək ondan 12 min manat pul alıb.

Sözügedən əməllərə görə, Həcər Mikayılovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.

Xəbər 1404 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +