Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


06.08.2023  09:36 

72 yaşlı Ramiz Zeynalov yola salınır?





A+  A-

“Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb. Hər kəsə məlumdur ki, Baş Dövlət Yol Polis İdarəsində qanunsuzluqlar xirtdəyə qədərdir”.

XəzərNews.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, hər bir vətəndaş bu sahədəki eybəcərliklərin, qanunsuzluqların hər gün şahidi olur:

“Düşünün bu qurumda hər şeyi pulla həll etmək olur. Texniki baxış, sürücülük vəsiqəsi, dövlət nömrə nişanı almaq və s. - hər bir işin öz “xidmət haqqı” var… Hər gün yüzlərlə sürücülük vəsiqəsi satılır.

Həyatında heç zaman maşın sürməmiş şəxslər 1200-1400 manat verməklə “prava”ya sahib olurlar. Maşın nömrələrinin seriyası və rəqəmlərinə görə qiymət dəyişir.

Məlumata görə Ramiz Zeynalov yerinə müavini Kamran Əliyevi gətirmək istəyir. Kamran Əliyev gələcəyi təqdirdə dəyişən heç nə olmayacaq. Sistem eyni qalacaq. Yeni kadrlara mütləq ehtiyac var. Əminəm ki, yol polisi sistemində bu işi qaldıracaq yetərincə kadr var”./Pravda.az



Xəbər 1025 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +