Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb


04.03.2022  10:22 

Baş prokurorluq istədi, istintaq daha 5 ay uzadıldı...





A+  A-

Baş Prokurorluğun rəhbərliyi həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Müslümov 13 aydır həbsdə saxlanılsa da, onun cinayət əməlləri ilə bağlı istintaq yekunlaşmayıb. Baş prokurorluğun rəhbərliyi Səbail Rayon Məhkəməsinə müraciət edərək istintaqın daha 5 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun daha 5 ay həbsdə qalmasına qərar verilib.

Qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmasa, iş materialları çox olarsa, Baş prokuror Kamran Əliyev və ya onun birinci müavini Elçin Məmmədov istintaqın daha 6 ay uzadılması üçün təqdimat verə bilər. Daha sonra isə iş ya sübutlarla birgə məhkəməyə göndərilməli, ya da cinayət işinə xitam verilərək S.Müslümov azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Səlim Müslümov 13 aydır ki, həbsdədir. O, ötən ilin fevralın 2-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda rüşvət almaqda ittiham edilir.

Xəbər 1871 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +