Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


21.02.2025  16:16 

Bəhruz Səmədovun məhkəməsi başladı





A+  A-

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Növbəti proses martın 7-ə təyin olunub.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri saxlanılıb.

DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər 1123 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +