Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


25.05.2023  13:41 

“Arkoz Holdnq”in fəhlələri 4 gündür tətil edir - Naxçıvanda





A+  A-

“Arkoz Holdnq”in Babək rayon Nehrəm qəsəbəsindəki daş sexində çalışan fəhlələri dörd gündür tətil edir. Buna səbəb, rəhbərliyin onları ağır şərtlər altında yeni əmək müqaviləsi bağlamağa məcbur etməsidir. Təklif olunan yeni müqaviləyə əsasən 5 günlük iş rejimi 6 günlə əvəzlənir, gündəlik iş saatı isə, səkkizdən doqquza qaldırılır. Bunun qarşılığında maaşlara heç bir əlavə nəzərdə tutulmur.

XəzərNews.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a tətil edən fəhlələr məlumat verib.

Məcburi müqavilə rayonun Tumbul kəndindəki daş sexinin fəhlələrinə də təklif olunur. Növbəti günlərdə onların da tətilə qoşulacağı gözlənilir.

Şikayətçilərdən B.Ağayev deyib ki, onlar əvvəllər də şənbə günləri pulsuz, yəni qul kimi işləməyə məcbur ediliblər. Bu müqavilədə nəzərdə tutulmadığından, fəhlələrlə rəhbərlik arasında tez-tez mübahisələr yaranırmış. Onun fikrincə, yeni müqaviləyə imza atdırmaqla, rəhbərlik qul əməyini qanuniləşdirib, mübahisələrə son qoymaq istəyir:

“Indiyə kimi həftə içi saat 9-dan 18-ə kimi, yəni həftəlik 40 saat işləyib, şənbə və bazar günləri isə istirahət ediblər. Bəzi hallarda şənbə günü işləməyə məcbur edirdilər. Bu zaman narazılıqlar yaranırdı. Çünki, artıq işlədiyimiz saatlar üçün bizə maaş yazmırdılar. İndi şirkət bunu müqavilədə əks etdirib, qanuniləşdirərək məsuliyyətdən uzaq olmaq istəyir. Sex rəisi Vüsət Bağırov bizi təhdid edir ki, müqaviləni imzalayaq. Bu isə, Əmək Məcəlləsinə ziddir. Biz də buna etiraz olaraq, tətilə başlamışıq“.

Tumbuldakı daş sexində fəhlə işləyən A. Qasımov deyib ki, baş verən qanunsuzluqla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsələr də, onlardan hələ də səs çıxmayıb:

“Axı, biz qul deyilik. Əmək Məcəlləsi var. Bizim də istirahət hüququmuz var. 6 ay idi ki, hər şey normal qaydada gedirdi. İndi gəliblər ki, yenidən müqavilə bağlayacağıq, siz hər gün bir saat artıq, üstəlik şənbə günləri də işləyəcəksiniz, maaşlarınız da artmayacaq, etiraz edənlər də işdən çıxarılacaq. Artıq, bəziləri təhdidlərə tab gətirməyib, yeni müqaviləni imzalayıb. Biz isə, axıra kimi gedəcəyik. Tələbimiz qəbul olunmasa, Nehrəmdəki tətilçilərə qoşulmaq fikrimiz var. Bəs, prezidentin işçi hüquqlarının qorunması ilə bağlı fərman və göstərişləri necə olacaq? Belə çıxır ki, bizim rəhbərlik prezidenti saya almır”.

Məsələyə münasibət öyrənmək üçün “Arkoz Holdng”lə əlaqə saxlasaq da, burada fəhlələrin iddialarına cavab vermək istəmədilər.

Xəbər 1429 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +