Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


25.10.2022  17:35 

Ermənistandan Rusiyaya tərs sillə..





A+  A-

Ermənistan rəhbərliyi Rusiya dumasının deputatı Konustantin Zatulinin girişinə qadağa qoyulub. Bu, N.Paşinyanın Ermənistanda Rusiyanın beşinci kolonuna vurulan zərbədir. Məhz K.Zatulin müxalifətin anti-Paşinyan koalisiyasında yer alaraq birbaşa Moskvanın təlimatı ilə müxalifətlə sıx əməkdaşlıq edirdi.

Qeyd edim ki, Zatulin anti-Azərbaycan mövqeyinə malik, "Qarabağ" klanına yaxın şəxs olaraq Ermənistanda müxalifətin boz kardinalıdır. K.Zatulin açıq şəkildə müxalifətə dəstək verərək N.Paşinyanın devrilməsi istiqamətində işlər aparır və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxır.

N.Paşinyan onun ölkəyə daxil olmasına qadağa qoyması Rusiyanın ölkə daxilində təsirini azaltmaqla yanaşı, müxalifətlə kordinasiyalı fəaliyyətinə son qoymaqdır. Bu, Kremlə yaxın siyasətçilərə sanksiyalar tətbiq etməsinin başlanğıcıdır. Həmçinin Kremlə mesaj verir ki, bundan sonra ona qarşı çıxan Rusiya siyasilərini və rəsmilərini ölkə ərazisinə buraxmayacaq.

Artıq Ermənistan və Rusiya əlaqələri strateji müttəfiqlikdən aşağı səviyyəyə enib. Müxalifətə dəstək verən K.Zatulini N. Paşinyana dəstək verən ABŞ kongresmenləri əvəz edir. Bu, Rusiya üçün Cənubi Qafqazdakı dayağı Ermənistandan tərs şillədir. Görək, Moskva 200 illik hamilik etdiyi toplumdan bu şilləni udacaq yoxsa, daha böyüyün N. Paşinyana vuracaq. Hadisələrin axarı göstərir ki, Yerevanın Moskvaya tərs şilləsi, Kremlin bu illər ərzində apardığı siyasətin nəticəsidir.

M.Əsədullazadə
Politoloq


Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +