Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


20.12.2017  09:07 

Ağ Şəhər təhvil verilir





A+  A-

2017-ci ildə Bakı Ağ Şəhərdə böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Fins.az-a “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata əsasən, hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək məhəlləsinin qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu “Paris evləri”nin tikintisi tamamlanıb və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidən qurulması işləri tamamlanıb. Ağ Şəhərin əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidən qurulur.

Xəbər 2489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +